22 mart 2024 15:38
748

“Toplum”un nankorluğu...

Təbii ki, internet televiziyalarının vəzifəsi cəmiyyətdə baş verən ictimai-siyasi hadisələri, ən son maraqlı yenilikləri və s. təqdim etməkdir. Ancaq görünür, adı cinayətlərdə hallanan “Toplum” TV Azərbaycan cəmiyyəti ilə Qərb cəmiyyətini “səhv” salıb. Həm də ölkəmizdəki inkişafı, Azərbaycanın dünyada möhkəmlənən mövqeyini, bütün sahələrdəki irəliləyişləri qulaqardına vurmaqla dövlət əleyhinə casusluq əməllərinə qurşanıb.

Nə qədər gizli saxlamağa çalışsalar da “xoruzun quyruğu” göründü: Xədicə, Akif...

TV-nin əməkdaşları əvvəllər bu hərəkətlərinə görə cəzalandırılsalar da ağılları başlarına gəlməyib və “əməliyyatlarını” israrla davam etdiriblər. Vaxtilə həbsdə olan jurnalist Xədicə İsmayıl məhz belə nankor əməllərinə görə “dəmir barmaqlıqlar” arxasına düşmüşdü. Heç olmazsa qadınlığını yadına salmayan Xədicə utanmadan yenə də öz çirkin əməlindən əl çəkmək fikrində deyil. Düzdür, dövlətimiz ona humanizm göstərərək azadlığa buraxdı. Ancaq görünür, Qərbin maraqlı dairələrindən qrant şəklində aldığı pulların şirəsi damağından getmir. Həmin dairələrin isə xisləti Azərbaycana dümənçilik xəmiri ilə yoğrulub. Ancaq Xədicə tək deyil. Akif Qurbanov adlı-soyadlı birisi də onun yanındadır. O, özünü nə qədər gizli saxlamağa çalışsa da amma “xoruzun quyruğu” görünürdü.

Aldıqları yaşıl pulların miqdarı o qədər böyükdür ki...

Pullu informasiyalarla alver edən  bu donos dəllaları Qərb institutlarından külli miqdarda pul əldə ediblər. Onların haqqında toplanan istintaq materiallarından məlum olur ki, aldıqları yaşıl pulların miqdarı o qədər böyükdür ki, eşidəni təəccüb bürüyür. İstintaqa ifadə verənlərin etiraf etdiklərinə görə, onlara rəhbərlik edənlərin aldıqları vəsaitləri necə bölüşdürmələri, hara xərcləməri onlara məlum idi.  İstintaq çox ciddi faktlar üzə çıxarıb. Hər şeyi etiraf edilib. Hansı Qərb institutlarından nə vaxt nə qədər pul alıblar, kimdən alıblr, necə nağdlaşdırınblar, hara xərcləyiblər... Belə görünür ki, faktlar açıqlansa çox Qərb dairləri, bəlkə də həmin ölkələrin Azərbaycandakı səfirlikləri faktlar qarşısında mat qalacaqlar.  

Öz xalqına və dövlətinə arxadan zərbə vuran nankorlar bədxahlarımıza və düşmənlərimizə saxta və yalan məlumatlar hesabına firvan yaşamaq məqsədi güdmüşlər. Bəyəm onlar bilmirdilər ki, düşmənlərimizə pul müqabilində satdıqları informasiyalar gələcək bəlalarımıza bəhanə vermək üçündür? Əlbəttə, yaxşı bilirdilər, ancaq tamah onları insani keyfiyyətlərdən o qədər aralı saldı ki, puldan başqa hər şey onlara mənasız və yad göründü. Beləliklə, Azərbaycan jurnalistikasının və mətbuatının “qara yarasına” çevrilən bu kiçik simasız toplum “Toplum” TV-ni satqınlar yuvasına döndərmişdi. Yaxşı ki, “çiban deşildi” və onların başımızı aşağı edən xəyanətkar əməlləri ifşa edildi

Mədəsini şərəfindən üstün tutan rəzil yığnağına ar olsun!

Vəli İlyasov, “İki sahil”