24 mart 2024 00:00
647

Araz Ağalarov "Crocus City Hall"da baş verən terror aktına münasibət bildirib - VİDEO

“Crocus City Hall”un sahibi Araz Ağalarov konsert zalında baş vermiş terror aktına münasibət bildirib.

“İki sahil” xəbər verir ki, Araz Ağalarov Rusiyanın "RBK" televiziya kanalına müsahibəsində  deyib: "Dəhşətli faciədir. İnsani dəyərlər baxımından bu, izaholunmazdır".

O qeyd edib ki, terrorçular avtomatlarla qonşu sərgi mərkəzinin pəncərəsindən zala daxil olaraq gördükləri hər şeyi atəşə tutublar.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 133 nəfərə çatıb.