24 mart 2024 18:26
566

İrəvanda naməlum silahlı şəxslər polis bölməsinə hücum ediblər, yaralılar var

Ermənistanın paytaxtı İrəvanda naməlum silahlı şəxslər polis bölməsinə hücum ediblər.

“İki sahil” xəbər verir ki, hadisə İrəvanın Nor-Nork inzibati rayonunda qeydə alınıb.

İlkin məlumata görə, partlayış və atışma səsləri eşidilib, yaralananlar var.

Ermənistanın Daxili İşlər Nazirliyi insidentlə bağlı şərh verməyib.