26 mart 2024 14:18
294

Ağstafada qanunsuz fəaliyyət göstərən taxta sexi aşkarlandı - FOTO

Ağstafada qanunsuz fəaliyyət göstərən taxta sexi aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Ağstafada polis əməkdaşları digər dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə rayon ərazisində qanunsuz fəaliyyət göstərən taxta emalı sexi aşkar edilib.

R.Aşurova məxsus sexə baxış zamanı oradan müxtəlif növ yaş halda kəsilmiş ağac gövdələri və emal olunmuş taxtalar aşkarlanıb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.