26 mart 2024 19:36
272

Şəhid övladları üçün bayram tədbirləri təşkil edilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə şəhid övladları üçün Novruz şənlikləri təşkil edilib.

“İki sahil” xəbər verir ki,  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Salyan, Bərdə, Beyləqan və Tovuzda keçirilən bayram tədbirlərinin məqsədi şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili olub.

Şənliklərdə ümumilikdə 2 mindən çox şəhid övladı iştirak edib.

Novruz adət-ənənələrinin nümayiş olunduğu tədbirlərdə təqdim edilən şeirlər, musiqi və rəqs nümunələri, həmçinin əyləncəli proqramlar, viktorinalar iştirakçılarda xoş əhval yaradıb.