21 mart 2024 11:02
398

Polis Akademiyasının müəllimi Türkiyədə “Təhsil və tələbə kouçu” təlimində iştirak edib

1-5 mart tarixlərində İstanbul Esenyurt Universitetinin İCF Onaylı Eğitim və Öğrenci kouçluğu layihəsi çərçivəsində Türkiyənin İstanbul şəhərində həyata keçirilən “Təhsil və tələbə kouçu” adlı təlimdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının “Dil hazırlığı” kafedrasınn mülki müəllimi Leyla Quliyeva iştirak edib.

Beynəlxalq kouç (Səviyyə 6) milli peşə standartı 5544 saylı Peşə İxtisas Qurumunun Qanununa, “Milli Peşə Standartlarının Hazırlanması Qaydası”na və “Müəssisələrin təşkili, vəzifələri, iş prosedurları və prinsipləri haqqında Əsasnamə”yə uyğun olaraq qəbul edilib.

21 noyabr 2013-cü il tarixində Türkiyə Respublikasında məşqçilik peşə sahəsi kimi qeydə alınıb. Təhsil və tələbə kouçluğu qarşılıqlı etimad, könüllülük əsasında qurulmuş təhsil məşqçisi - tələbə arasında planlaşdırılmış inkişaf əlaqəsi, əməkdaşlıq modelidir. Burada əsas istiqamət odur ki, tələbə özünü daha yaxından tanıyır, güclü tərəflərini kəşf edir, səhvləri təcrübə kimi qəbul edir və kompetensiyalarını artırır. Bu, bir tədris sistemi olaraq şagirdin məktəb, ailə və ictimai həyata müsbət təsir etməyi hədəfləyən, əvvəldən axıra qədər etibar və məxfiliyə əsaslanan bir prosesdir.

Qeyd edilən tədris proqramında dəstək alan tələbələrin ailə və ətraf mühitlə əlaqələrinin gücləndiyi, təhsil prosesində uğurlarının, öz həyatlarına görə məsuliyyət daşıma nüasnlarının xeyli artdığı müşahidə edilib. Proqramın akademik uğuru qarşıya qoyulan təhsil məqsədlərinə çatmaq və tələbələrin arzuladığı məqsəd və performansa nail olmaq üçün layihə çərçivəsində tələbələrin yaşadığı problemlərin həllində əsas metodları təklif edir.

Tədbirin sonunda uğurlu iştiraka görə iştirakçılara “Education and student coach” beynəlxalq sertifikatları təqdim edilib.

“Təhsil gələcəyimizdir” şüarı ilə müəllimlər öz peşə borcunu layiqincə yerinə yetirməyə çalışırlar. Ölkəmizdə hər bir sahədə olduğu kimi, elm və təhsil sahəsi də sürətlə inkişaf edir və yeni metodların, ixtisasların yaranması labüd hesab edilir. Qeyd edilən təlim tələbələrin inkişafına və mühitə adaptasiyası, o cümlədən bir şəxsiyyət kimi formalaşmasında ən vacib istiqamətlərdən biridir. Təhsil müəssisələrində necə ki, psixoloqlar, müəllimlər bərabər əl-ələ verib tələbələri dəstəkləyirlərsə, yeni yaranmaqda olan “Təhsil kouçu” istiqaməti də sadalanan işlərə stimul verə bilər.