27 mart 2024 13:05
263

Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb

Bayram tətili günlərində milli parkları 3 540 nəfər turist ziyarət edib.

Bu barədə "İki sahil"ə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

O qeyd edib ki, həmin günlər ən çox turist qəbul edərək ilk üçlükdə Göygöl, Şirvan və Abşeron milli parkları olub.