28 mart 2024 09:24
226

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 0,79 ABŞ dolları və ya 0,89% azalaraq 87,51 dollar təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.