Əli Qurban oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib.
Bu barədə “İki sahil”ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.
Qeyd edək ki, Ə. Qurbanov bundan əvvəl “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.
Macarıstan şirkətlərinin və beynəlxalq təşkilat nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub - FOTO
SOCAR-da “Kommunikasiya və əməkdaşlıq vasitəsilə tərəfdaşlığın gücü: Enerjinin gələcəyini formalaşdıran qadınlar” mövzusunda tədbir keçirilib