28 mart 2024 19:13
299

“SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan “SİMA İmza” mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb.

“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, iki ildir istifadəyə verilmiş yeni nəsil rəqəmsal imza “E-gov”, ƏMAS, “Elektron Məhkəmə”, İnternet Vergi İdarəsi portalı, "Smart Customs", "Güzəştli mənzil", Elm və Təhsil Nazirliyinin "Ali və orta İxtisas Təhsli Alt Sistemi" portalı kimi bir çox dövlət xidmətlərinin, bankların sistemlərinə inteqrasiya edilib.

“Biometrik həllərə və süni intellektə əsaslanan, əl imzası ilə eyni hüquqi qüvvəyə malik və vətəndaşlar üçün pulsuz olan "SİMA İmza"nın əlçatanlığı əhalinin elektron imzaya olan marağını artırmaqda, ekosistemə müsbət təsirini göstərməkdədir. Hazırda milli brendimizin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır”, - deyə nazir vurğulayıb.