29 mart 2024 09:32
234

Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürüblər.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 13 qumbara, 4 alışdırıcı, 25 tüfəng, 7 patron darağı və 97 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.