29 mart 2024 10:41
260

Azərbaycana ən çox pul köçürən 5 ölkə - SİYAHI

Azərbaycana pul köçürmələrinin əsas hissəsi Rusiyanın payına düşür.

“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov media brifinqində deyib.

"Azərbaycana ən çox pul köçürən 5 ölkə siyahısına Rusiya (1,047 milyard dollar), Türkiyə (164 milyon dollar), ABŞ (73,8 milyon dollar), Gürcüstan (37,5 milyon dollar) və Böyük Britaniya (33,2 milyon dollar) daxildir.