Qayana prezidenti İrfan Əli BBC-nin aparıcısı ölkənin öz neft ehtiyatlarına dair ambisiyaları fonunda iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini şübhə altına aldığı üçün inkişaf etmiş ölkələri ikiüzlülüklərinə görə tənqid edib.
İrfan Əli qeyd edib ki, son 50 ildə dünya biomüxtəlifliyinin 65 faizi itib.
"Qayanada İngiltərə və Şotlandiyanı ərazisi ölçüsündə meşə var, 19,5 giqaton karbonlu bir meşə, bizim qoruduğumuz bir meşə. Bu, zövq aldığınız, pul ödəmədiyiniz, heç bir dəyər vermədiyiniz bir meşədir. Bizdə meşələrin qırılması dünyada ən aşağı səviyyədədir. Hətta nəhəng neft və qaz kəşfiyyatımızla belə, biz yenə də xalis sıfır emissiyaya nail olacağıq.
Dünyada ikiüzlülük var. Biz biomüxtəlifliyimizi qoruyub saxlamışıq. Siz buna dəyər verirsinizmi? Bunun əvəzini ödəməyə hazırsınızmı? Sənaye inqilabı ilə ətraf mühiti məhv etdiniz, indi də bizə mühazirə oxuyursunuz?", o qeyd edib.
Trend
Trampın Sülh Planında dondurulmuş Rusiya aktivləri ilə bağlı bəndi ləğv edilib?
Azərbaycan, Braziliya və Türkiyə qlobal iqlim təşəbbüsü GIA-ya rəhbərlik edəcək