15 may 2026 20:20
83

Çin Lideri Si Cinpin ABŞ-yə səfər edəcək

Çin Xalq Respublikasının Sədri Si Cinpin payızda ABŞ-yə dövlət səfəri edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ bildirib. Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutacaq.

Qeyd edək ki, Prezident Donald Tramp Çinə dövlət səfəri zamanı ÇXR Lideri Si Cinpinlə görüşdə onu ölkəsinə səfərə dəvət edib.