01 aprel 2024 17:45
448

Putin Kremlə niyə axşamlar gedir? - AÇIQLAMA

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin bəzən axşamlar Kremlə gəlməyə üstünlük verir. Peskov bildirib ki, belə gec səfərlərdə təcili heç nə yoxdur, prezident sadəcə olaraq pik saatlarda yollarda diskomfort yaratmağı sevmir.

“İki sahil” xəbər verir ki, bu haqda “Kommersant” məlumat yayıb.

Qeyd edək ki, martın 31-də bir sıra KİV və Telegram kanalları Putinin Kremlə gec saatlatda - Moskva vaxtı ilə saat 23:00 radələrində gəlməsi barədə xəbərlər yayıblar.

“Dünən internetdə Putinin axşam saatlarında Kremlə gəlməsi ilə bağölı diyi haqda məlumat verdilər. O, əslində bəzən bunu edir. Çünki o, tələskənlik zamanı yollarda lazımsız diskomfort yaratmamaq üçün axşam saatlarına Kremlə gəlməyə üstünlük verir”- Dmitri Peskov bildirib.

Mətbuat katibi əlavə edib ki, bu gün, aprelin 1-də prezidentin heç bir böyük tədbiri nəzərdə tutulmayıb, sadəcə, adi iş görüşləri və konfransları var.