02 aprel 2024 10:15
704

Tatarıstanda zavoda PUA-larla hücum olub - VİDEO

Tatarıstanın Alabuqa rayonundakı zavodlardan birinin ərazisinə 3 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

“İki sahil” xəbər verir ki, ölən və ya xəsarət alanlar barədə məlumat verilməsə də, müəssisəyə ciddi ziyan dəyib.

Belə ki, nəticədə zavod ərazisindəki iki yataqxananın qapı və pəncərələri sındırılıb.

Qeyd edək ki, yerli hakimiyyət insidentlə bağlı hələlik rəsmi məlumat yaymayıb.