02 aprel 2024 12:57
335

Almanın qabığını soyub yeyək, yoxsa qabıqlı?

Gündə bir və ya iki alma bağırsaq mikroflorasını yaxşılaşdırmağa və qaraciyəri əlavə yükdən qorumağa kömək edir.

“İki sahil” xəbər verir ki, bu barədə diyetoloq Tatyana Zaletova “aif.ru” saytına müsahibəsində danışıb.

Diyetoloq qeyd edib ki, alma pəhrizin əvəzedilməz hissəsidir, çünki bu meyvəni bütün il boyu almaq mümkündür. Eyni zamanda alma  digər meyvələrlə müqayisədə daha çox pektin, lif və polifenol ehtiva edir. Tatyana Zaletova qeyd edib ki, polifenollar orqanizmdə əmələ gələn zəhərli maddələrin zərərsizləşdirilməsində iştirak edən orqanların fəaliyyətini saxlamaq üçün lazımdır.

Bağırsaq və qaraciyərin dərmanı

"Beləliklə, pəhrizdə polifenol qəbulunu artırmaqla, xüsusən də qaraciyərimizi daha da qorumuş oluruq”- deyə, diyetoloq bildirib.

T.Zaletova insanları daha çox alma alma yeməyə çağırıb. Unutmaq lazım deyil ki,  almanın tərkibində bağırsaq mikroflorasının sağlamlığı üçün lazım olan prebiyotik olan pektin maddəsi yüksəkdir.

"Yaşadığınız bölgədə yetişdirilən, yəni xaricdən gətirilməyən, uzun müddət daşınmayan və saxlanmayan ən müxtəlif alma növlərini yemək məsləhətdir"- deyə diyetoloq onu da məsləhət görüb almanın qabığını soymadan yemək lazımdır. Almanın qabığında çox polifenol var.

Nüsrət Məmmədov, "İki sahil"