02 aprel 2024 14:20
449

ABŞ və Aİ-nin böyük planı: Şərti sərhəddə münaqişə yaratmaq istəyirlər

Son zamanlar Ermənistan tərəfindən şərti sərhəddə hərbi texnikanın hərəkət kolonlarının marşrutlarla videoları yayımlandı. Ermənistan tərəfi bu videoların, əks olunan hərəkətliliyin təlim məqsədilə həyata keçirildiyini açıqladı. Xüsusən də onlar bunu hərbi sürücülərin məşqləri kimi servis etdilər. Düşünürəm ki, bu yanaşma, Ermənistanın bu əsaslandırması reallıqdan və həqiqətdən çox uzaqdır. Videolarda əks olunan yerdəyişmədəki hərbi-zirehli texnikanın tərkibinə baxsaq görürük ki, bu, hücum silahlarının yerdəyişməsidir. Xüsusən də piyada döyüş maşınlarının şərti sərhəddə yönlənməsi onların da yanında artilleriya bölmələrinin hərəkəti müşahidə olunur.

Adətən hər hansı bir hücum əməliyyatları piyada döyüş maşınları ilə başlayar, artilleriya da onları dəstəkləyər. Ermənistanın bunu sırf sürücülərin təlimləri ilə bağlaması həqiqəti gizlətmək anlamına gəlir. Yəni, həqiqətən də sürücülərin təlimləri olsaydı, bunu poliqonlarda həyata keçirmək Ermənistan üçün çox asan bir məsələ olardı. Bunu niyə məhz şərti sərhəd üzərindən etməli idilər? Bu təzadı Ermənistanın açıqlaması, xüsusən də analitik cameədə ehtimallar yaradırdı ki, Ermənistan gizli bir fəaliyyət icra edir. Gizli fəaliyyətin də zamanlamasına və tərkibinə baxdıqda, 5 aprel öncəsi vəziyyətdə Ermənistan bir gərginlikdə maraqlı görünür. Niyə, bunun səbəbi olmalıdır? Niyə indi və niyə o tərkibdə Azərbaycanı təhrik etməlidirlər? 

Bu fikirləri “İki sahil”ə açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirdi.

Ekspert qeyd etdi ki, danışıqlardan sonrakı mərhələdə ABŞ-nin, Qərbin böyük bir planı da işə düşəcək.  NATO-nun Şərqə doğru genişlənməsi Ermənistan coğrafiyasını da içərisinə ala bilər. Bunun üzərində gələcəkdə Cənubi Qafqaz və Rusiyaya qarşı ikinci cəbhənin açılması sırf Azərbaycan-Ermənistan, Rusiya-Ermənistan münasibətləri üzərindən bir şərti sərhəddə münaqişənin yaradılmasını modernləşdirəcəklər. İndi Ermənistan bunu təhrik edəcəklər. Nə qədər də Ermənistan rəsmiləri Azərbaycanı təhdid kimi göstərmək istəsələr də, əslində bütün zamanlarda təhrik edirlər, baş verəndən sonra Azərbaycanı günahlandırırlar. İndi 5 aprelə qədər təbii ki, gərginlik pik həddə çatacaq. Ermənistan iki istiqamətdə - bir Qazax istiqamətində, xüsusən də şərti sərhədlərimizin Ermənistanın nəzarətində olan bölgələrində, bir də cənubda, Kərki istiqamətində - hər iki istiqamətdə Azərbaycan Silahlı Qüvvələrini münaqişəyə təhrik edəcəklər. Bunun da sonunda desinlər ki, mütləq bura ikinci bir qüvvənin, gücün gəlməsi lazımdır. Yəni, NATO qüvvələrinin gəlməsi ilə Ermənistanın təhlükəsizliyini təmin etsinlər. Hərbi təhlükəsizlik çətiri məsələsi bu münaqişə baş verəndən sonrakı mərhələdə aktuallaşa bilər. Düşünürəm ki, 5 aprelə qədər Ermənistan bir az bunun üçün tələsəcək ki, bu vəziyyəti yaratsın. Əks təqdirdə, orada Ermənistana nə təhlükə var deyilə bilər. Bu məsələ Ermənistanın istədiyi kimi öz əksini tapmaya bilər. Bu səbəbdən düşünürəm ki, 5 aprelədək və bundan sonra gərginliyin pik həddə çatacağını gözləməliyik.

Cavid Əkbərov, “İki sahil”