03 aprel 2024 02:18
411

Lələtəpədən başlanan Zəfər yolu

«Aprel döyüşləri bizim qəhrəmanlıq rəmzimizdir!» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrinə hər zaman hazır olan, düşmənə layiq olduğu cavabı verən hərbçilərimiz Azərbaycan Bayrağını Xankəndidə qaldırmaqla erməni separatizminin kökünü əbədilik kəsdilər

Hər bir xalqın milli ideologiyası o zaman bəşəri dəyərlərlə zənginləşir ki, təfəkküründə, genetik xüsusiyyətlərində insanlığa xas keyfiyyətlər, humanizm, başqalarına hörmət cüzi də olsa hiss edilsin. Bütün dünya xalqları da bilir ki, saxta tarixi olan ermənilər millət, xalq deyil, etnik qruplardır. Bu tayfanın ideologiyasının əsasını terror, saxtakarlıq, məkr, dini, irqi ayrı- seçkilik, məsumluq cildinə girmək,yalanlarını reallıq kimi qələmə vermək, cinayət, böhtan, ekstremizm, separatizm, faşizm, qəddarlıq, qana hərislik təşkil edir. Bir sözlə, insanlıqdan kənar bütün mənfi xüsusiyyətləri özününküləşdrib, «hay» adlı «imzaları» ilə möhürləyən «böyük Ermənistan» ideologiyası da iflasa uğrayıb. Qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürən daşnakları müdafiə edən imperiya, müasir dövrümüzdəki böyük güclər Azərbaycan və Türkiyə torpaqları hesabına özlərinə dövlət yaradan erməniləri dəstəkləməklə strateji bölgə olan Cənubi Qafqaz uğrunda mübarizədə bu satqın millətdən vasitə kim istifadə etmişlər və bu gün «erməni kartı» ilə oynamaq gündəmdədir.

Bu kartdan istifadə etməklə Qarabağ problemini bilərəkdən yaradan, hələ də ikili standartlar mövqeyində duran həmin güclər erməni terroruna, separatizminə, işğalçılıq siyasətinə nəinki göz yumur, eyni zamanda, təcavüzkara maliyyə yardımları göstərir, qatil «liderləri» ölkələrində əzizləyir, mükafatlandırırlar. Bu «ənənə» tarix boyu davam etdirilib.

1813-cü ildən başlayaraq Azərbaycanın tarixi torpaqları zorla qoparılaraq hissə –hissə ermənilərə verilmiş, heç bir əsası olmayan «erməni məsələsi» , «dağlıq Ermənistan» «aran Ermənistanı», «Türkiyə Ermənistanı», «erməni soyqırımı» kimi saxtakarlıqlar beynəlxalq ictimaiyyətə reallıq kimi təqdim edilmişdir. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxalayan, «güclü» orduya malik olduqlarını iddia edən, illərdən bəri status-kvonun kölgəsinə sığınaraq ATƏT-in tarixə atılmış Minsk qrupunun ikili siyasətindən bəhrələnən ermənilər bu gün də havadarlarının əlində oyuncağa çevriliblər.

Ötən əsrin sonlarında hayların Azərbaycana hərbi təcavüzü nəticəsində Yuxarı Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan və havadarlarının yardımı ilə işğal edildi. Son 20 ildə möhkəmlənən iqtisadi inkişafı sayəsində güclənən ordusu ilə düşmənə layiqli cavabı verən Azərbaycan rəsmi İrəvan üzərində üstünlüyünü bütün dünya ictimaiyyətinə, o cümlədən təcavüzkarı dəstəkləyənlərə sübut etdi. Ermənistana ilk ciddi qulaqburması 2016- ci ilin aprelin ilk günlərində verildi. Təmas xəttində gərginlik törədən ermənilər qapılarında diləndikləri havadarlarının dəstəyi ilə Madagiz (Suqovuşan), Ağdərə və digər yaşayış məntəqələrindəki hərbi qüvvələri hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə təxribatlar törətdilər. Bu məkrli niyyətin qarşısını alan Silahlı Qüvvələrimiz 3 istiqamətdə, planlı şəkildə döyüş əməliyyatına başlayaraq düşmənə ağır zərbələr vurdu.

Düşmən təxribatının qarşısını alaraq işğalçıya dərs verən Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi, Fizuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi, ətraf təpələr döyüş əməliyyatları zamanı işğaldan azad olundu, həmin istiqamətlərdə və yüksəkliklərdə mövqeyimiz möhkəmləndirildi, burada üçrəngli Bayrağımız əbədi varlığımızı, düşmən üzərindəki üstünlüyümüzü təsdiqlədi.

Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalmaqla, 100-ə yaxın əsgərini itirdi, 500-ə yaxın düşmən yaralandı. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarıldı.

Hadisələrə obyektiv qiymət verən Prezident, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, münaqişənin sülh yolu ilə həllində maraqlı olan Azərbaycanın düşmənin həmlələrinə layiqli cavab verməyə haqqı və gücü çatır. Prezident, Ali Baş Komandan İlham Əliyevin « Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun.Təkcə Lələtəpə əməliyyatı sübut etdi ki, Azərbaycan əsgəri Ermənistanın hər cür təxribatlarına nəinki cavab vermək qüdrətindədir, işğal altında qalan torpaqlarımızı belə qısa müddətdə azad etməyə qadirdir. «Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri Aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır» sözləri 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində qazandığımız Qələbə ilə reallaşdı. 2023-cü il sentyabr ayında keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının, məharətinin, gücünün, qüdrətinin daha geniş miqyasda təsdiqi oldu.

30 ilə yaxın davam edən, artıq tarixin zibilliyində çürüyən «Dağlıq Qarabağ münaqişəsi»nin həllinə əngəl törədənlər belə 44 günlük müharibənin bu qədər operativ və səmərəli olacağını” gözləmirdilər. Milli Ordumuz Vətən müharibəsindəki Qələbəsi ilə beynəlxalq ictimaiyyəti maraqlandıran bütün sualları «əla» qiymətlə cavablandırdı. Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın etdi. Qalib dövlət olaraq Ermənistana kapitulyasiya aktını imzalatdırdı. Birlik və həmrəyliyi ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən xalqımız özünə inamsızlıq səddini yıxdı. Sonda «Biz Qalib gəlməyi bacardıq!» sözünü 50 milyonluq xalq olaraq qürurla səsləndirdik.

Şanlı Qələbəmizə aparan yolun başlanğıcı olan Aprel döyüşləri, Lələtəpə əməliyyatı göstərdi ki, elə bir hərbi hədəf yoxdur ki,
 Azərbaycan əsgəri onu keçə bilməsin. 2018-ci ildə aparılan hərbi əməliyyat nəticəsində dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyətli ərazisinin, İrəvanı Ermənistanın cənubu və eləcə də Qarabağla birləşdirən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi magistral yolunun mühüm bir hissəsinə Naxçıvanın Əlahiddə Ümumqoşun Ordu bölmələrinin nəzarət etməsi mühüm hərbi üstünlüyümüz kimi tarixə yazıldı. 2021-ci ilin sonlarından başlayaraq Hadrutda, Kəlbəcərdə, Füzulidə xususi təyinatlılardan ibarət yaradılan Azərbaycan Komando briqadaları ən yüksək müasir döyüş texnikaları, hərbi sursat və avadanlıqlarla təmin olundular.

«Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır» söyləyən Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edən hərbçilərimizin şücaətini Vətənə sədaqət duyğuları adlandırdı: «Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik.»

Dövlət başçımız onu da vurğulayır ki, əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Artıq Azərbaycan Silahlı Qüvvələrinin döyüş məharəti, hazırlığı dünyanın ən tanınmış ali hərbi məktəblərində öyrənilir. Ordumuzun maddi-texniki bazası möhkəmlənir, ən müasir silah, texnika alınır. Respublikamızda istehsal olunan müasir silahlar eyni zamanda, xarici mənbələrdən alınan avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir, güclü artilleriya qurğularına, dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə, raket sistemlərinə malik ordumuzun döyüş qabiliyyəti də yüksəkdir. Döyüş və nəqliyyat helikopterləri, təyyarələri, zirehli texnika, tanklardan istifadə etməklə təmas xəttində gedən döyüşlərdə üstünlük qazanan Azərbaycan hərbçilərinin, torpaq, Vətən uğrunda canından keçməyə hazır olduğunu təsdiqləyən əsgərlərimizin mənəvi-psixoloji durumu daha yüksəkdir.

«Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir» söyləyən cənab İlham Əliyev bildirir ki, tarixi torpaqlarımıza qayıtmaq azərbaycanlıların siyasi və strateji hədəfidir və tədricən bu hədəfə yaxınlaşmalıyıq.

Daxili və xarici siyasətini «Vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq» strategiyası əsasında inkişaf etdirən Prezident İlham Əliyevin bölgədə yaratdığı geosiyasi reallıqlar xalqımıza daha böyük uğurlar qazandıracaq. Bu günlərdə Ermənistanın havadarlarına arxalanaraq şərti sərhədə döyüş texnikası, artilleriya qurğuları yığması da hayların məhvi ilə nəticələnək

Xuraman İsmayılqızı, «İki sahil»