03 aprel 2024 00:47
273

Ukrayna Rusiyanın itkiləri açıqladı - 769-cu gün

Ukrayna müharibənin 769-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 443 660 hərbçi, 6 998 ədəd tank, 13 350 ədəd zirehli döyüş maşını, 11 112 ədəd artilleriya sistemi, 1023 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 744 hava hücumundan müdafiə sistemi, 347 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 14 783 ədəd avtomobil texnikası, 8 779 ədəd PUA, 2 058 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 832 xüsusi avadanlıq itirib.