02 aprel 2024 23:39
292

Paşinyan: Rusiyadan suallarımıza cavablar gələnə qədər...

Ermənistan Rusiyaya qarşı pis heç nə etməyib.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, hökümət başçısı bu barədə görüntü paylaşıb. Görüntüdə Paşinyan Rusiya-Ermənistan münasibətlərindən danışıb.

“Rusiya ilə münasibətlərimizdə heç bir səhv etməmişik. Tərəfdaşlarımız yerinə yetirməmədiyimiz hər hansı öhdəliyə işarə edə bilməz. Ancaq biz bunu edə bilərik. Biz haqlı suallar qaldırırıq və bu suallara əsaslı cavablar gözləyirik. Suallarımıza cavablar gələnə qədər münasibətlərdə gərginlik məsələsi həll olunmayacaq”, - Nikol Paşinyan vurğulayıb.