Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 62,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Bildirilir ki, bu, 2023-cü ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 2,1 milyon ABŞ dolları və ya 3,5 % çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təşkil edib.
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib