08 aprel 2024 12:06
436

Ukraynanın elektrik stansiyasıları MƏHV EDİLİR - Rusiya ordusu taktikanı dəyişib

Ukraynanın bir neçə elektrik stansiyası, o cümlədən Xarkov vilayətində olan stansiyalar, demək olar ki, tamamilə dağılıb.  Ukrayna rəsmiləri hesab edirlər ki, dəymiş ziyan 2022-2023-cü illərdəkindən daha ciddidir

“İki sahil” xəbər verir ki, “Financial Times” qəzeti Ukrayna hakimiyyət orqanlarına istinadən yazır.

Nəşr yazır ki, Rusiya Silahlı Qüvvələri enerji infrastrukturuna hücumların taktikasını dəyişib. Beləliklə, indi Kiyevdən daha az qorunan obyektlər hücumlara məruz qalır.

Ukrayna hakimiyyətinin məqsədi oktyabr ayına qədər mümkün qədər çox obyekti bərpa etməkdir, baxmayaraq ki, təchizatçı elektrik istehsalının təxminən 80%-ni itirib.

Martın 31-dən aprelin 5-dək olan müddətdə Rusiya Silahlı Qüvvələri Kiyevin Rusiyanın neft-qaz sənayesi və energetika obyektlərinə zərər vurmaq cəhdlərinə cavab olaraq yüksək dəqiqlikli silahlarla 39 zərbə endirib.

Ukraynanın energetika sənayesindəki obyektlər, eləcə də hərbi-sənaye kompleksi müəssisələri və hava hücumundan müdafiə sistemləri vurulub.