Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsi Polşa və Litvaya qarşı müharibə aparmaq niyyətində deyil.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
"Onun sözlərinə görə, əsas məqsədi qonşu dövlətlər — Estoniya, Latviya, Litva, Polşa və “bəlkə də müəyyən dərəcədə” Ukraynanı xəbərdar etməkdir ki, Belarusa qarşı mümkün aqressiyadan çəkinməlidirlər.
Lukaşenko müsahibəsində deyib: "Belarus ərazisindən Polşa və Litvaya qarşı hər hansı müharibə mümkün deyil və ölkə belə planlar qurmur. O əlavə edib ki, əgər Belarus münaqişəyə cəlb edilməzsə, cavab tədbirlərinə də ehtiyac olmayacaq. Bununla yanaşı, prezident vurğulayıb ki, ölkə özünü bütün mövcud vasitələrlə müdafiə etməyə hazırdır".
Xatırladaq ki, Lukaşenko daha əvvəl - ötən ilin dekabr ayında - Ukraynada davam edən hərbi əməliyyatların qlobal müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Onun fikrincə, müharibənin davamı Ukrayna üçün müsbət nəticələr vəd etmir.