13 aprel 2024 17:10
355

“Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğında 4 mağaza yanıb

Xəbər verildiyimiz kimi, Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Digər mağazalar yanğından mühafizə olunub.