Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən "İki sahil" verilən məlumata görə, rayonda ümumi sahəsi 380 m² (hər mərtəbəsi 190 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Yüksək temperaturdan evin 2-ci mərtəbəsində eyvanın lambirdən ibarət tavanı 40 m² sahədə deformasiyaya uğrayıb.
Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.