14 aprel 2024 13:23
211

İordaniya, İraq və Livan hava məkanını açıb

Ötən gecə İranın İsrailə kamikadze pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücumu ilə əlaqədar İordaniya, İraq və Livan hava məkanını bağlayıb.

"İki sahil" NTV telekanalına istinadən xəbər verir ki, artıq hər 3 ölkə hava məkanını açıb.

Bundan əvvəl İsrail hava məkanını açdığını elan edib.