01 iyun 2025 10:37
163

Qatarın hərəkəti zamanı körpü partladılıb

Rusiyanın Bryansk vilayətində qatar körpünün partlaması nəticəsində relsdən çıxıb.

“İki sahil” xəbər verir ki,  bu barədə regionun qubernatoru Aleksandr Boqomaz "Rossiya-24" telekanalının efirində bildirib.

“388 sərnişinin olduğu Klimov-Moskva qatarının hərəkəti zamanı magistralda körpü partlayışı baş verib", - o deyib.

Qeyd edək ki, hadisə zamanı 7 nəfər ölüb, 69 nəfər yaralanıb.