14 aprel 2024 15:15
250

Tramp: Üçüncü dünya müharibəsinin qarşısını ancaq mən ala bilərəm

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, üçüncü dünya müharibəsinin qarşısını yalnız o ala bilər.

“Sübut edəcəyəm ki, bunu edə bilən yeganə şəxs mənəm, çünki Bayden administrasiyasındakı insanların üçüncü dünya müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur”, - deyə keçmiş prezident bildirib.

O qeyd edib ki, üçüncü dünya müharibəsi əvvəlkilər kimi olmayacaq, çünki burada nüvə silahı ilə yanaşı, heç kimin ağlına belə gətirə bilmədiyi bir çox silah növləri tətbiq ediləcək.

Oxu.Az