14 aprel 2024 15:23
273

Foden futbolun tarixinə düşə bilər

"Mançester Siti"nin ulduz futbolçusu Kevin De Bröyne komanda yoldaşı Filip Fodendən danışıb.

“İki sahil” "Telefoot"a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi 23 yaşlı Fodenin istedadını yüksək qiymətləndirib: "O, mənim nə vaxtsa yanaşı oynadığım ən böyük istedadlardan biridir. Fil qarşıdakı 15 ildə futbolun tarixinə düşə bilər".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 45 oyuna çıxan Foden 22 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "şəhərlilər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı cinah hücumçusunun transfer qiymətini 130 milyon avro ilə dəyərləndirir.