15 aprel 2024 19:45
244

Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb

Bu ilin aprelin 1-nə olan məlumata görə, Azərbaycanda informasiya və rabitə (İKT) sektorunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 14,1 min nəfər təşkil edib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 919 nəfər və ya 7 % çoxdur.

Hesabat dövründə kişi sahibkarların sayı 6 % artaraq 11 min 126 nəfərə, qadın sahibkarların sayı isə 11 % artaraq 2 min 973 nəfər olub.

Xatırladaq ki, bu ilin əvvəlinə Azərbaycanda İKT sektorunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 13 919 nəfər olub ki, bunun da 2 min 909-nu qadın sahibkarlar təşkil edib.