16 aprel 2024 00:35
212

Gürcüstan DİN: Etiraz aksiyasında 14 nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər.

Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.

Yerli KİV-in məlumatına görə, saxlanılanlar arasında müxalifətin “Girçi – Daha Azadlıq” Partiyasının lideri Zurab Caparidze də var.