16 aprel 2024 01:18
206

Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb

Çexiya Qərb ölkələrinin vəsaiti hesabına Ukrayna üçün 180 min artilleriya mərmisi almağa razılaşıb.

“İki sahil”  "Financial Times" qəzetinə istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Petr Fiala deyib.

P.Fiala bildirib ki, Ukrayna mərmiləri yaxın aylarda alacaq.

O, Avropa ölkələrinin Kiyevə dəstəyini davam etdirməsi və eyni zamanda öz müdafiə qabiliyyətini gücləndirməsinin vacibliyini qeyd edib.