16 aprel 2024 11:20
171

Pekindən Avropa İttifaqına MƏSLƏHƏT

Pekin Rusiya və Ukrayna tərəfindən tanınacaq sülh konfransının tərəfdarıdır

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Çin sədri Si Cinpin Almaniya kansleri Olaf Şolzla görüşdə deyib.

ÇXR rəhbəri vurğulayıb ki, Çin Ukrayna böhranının tərəfi və ya iştirakçısı deyil, lakin sülh danışıqlarını özünəməxsus şəkildə təşviq edir.

"Çin böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri təşviq edir və dəstəkləyir və bütün tərəflərin bərabər iştirakı ilə Rusiya və Ukrayna tərəfindən tanınan beynəlxalq sülh konfransının çağırılmasını dəstəkləyir" – deyə, ÇXR rəhbəri bildirib.

Qeyd edək ki, Çin sədri Si Cinpin Çində üç günlük rəsmi səfərdə olan Almaniya kanslerini Pekində qəbul edib. Şoltsla görüşdə Si Cinpin deyib ki, Ukraynada sülhün bərqərar olması üçün öz maraqlarını güdmək yox, sabitliyə çalışmaq lazımdır.