16 aprel 2024 13:50
170

İranın xarici işlər nazirinin müavini Moskvaya səfər edəcək

İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kəni aprelin 18-də Moskvaya gedəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, Moskvada aprelin 20-dək təşkil olunacaq Nüvə Silahlarının Yayılmaması Konfransında iştirak edəcək, habelə Rusiya rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.