Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2024-cü il tarixinə 8.8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.4 milyard manat olub.
“İki sahil” xəbər verir ki, 1 aprel 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.7 milyard manat təşkil edib.
Bankın 1 aprel 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 882 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün https://kbl.az/prcrc.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır