16 aprel 2024 15:30
169

Ermənistanda çağırışçılardan rüşvət alan şəxs tutulub

Ermənistanın ordusunun yüksək vəzifəli şəxsi korrupsiya ittihamı ilə həbs edilib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Korrupsiya Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, hərbi komissarlıqlardan birində şöbə rəisi vəzifəsində işləyən V. M. ad və soyadlı şəxs şəxsiyyəti istintaq sirri olaraq saxlanılan A. M. adlı başqa bir nəfərlə cinayət əlaqəsinə girərək, çağırışçıları hərbi xidmətdən yayındırmaq üçün tamah məqsədilə ümumilikdə 125 min ABŞ dolları məbləğində rüşvət alıb.

Toplanmış materiallar istintaq orqanına göndərilib.