16 aprel 2024 15:26
175

Moldova Konstitusiya Məhkəməsi referendum keçirilməsi ideyasını dəstəkləyib

Moldova Konstitusiya Məhkəməsi respublikanın Aİ-yə daxil olması ilə bağlı referendum təşəbbüsünü dəstəkləyib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Domnica Manole bildirib.

"Konstitusiyaya yenidən baxılması təşəbbüsü... əsas qanunun müddəalarına uyğundur və parlamentin təsdiqi üçün təklif oluna bilər", - TASS onun sözlərindən sitat gətirib.

Bundan əvvəl Moldova Liberal Demokratlar Partiyası Aİ-yə üzvlüklə bağlı referendum keçirməməyə çağırıb.