16 aprel 2024 16:06
172

Ukraynanın 6 vilayətində hava hücumu xəbərdarlığı elan edildi

Ukraynanın Çerniqov, Sumı, Poltava, Xarkov, Kirovoqrad və Nikolayev vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

“İki sahil” RT-yə istinadla istinadla xəbər verir ki, bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar təsdiq edir.

Bundan əvvəl Ukraynanın Çerniqov, Sumı, Poltava və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilmişdi.