Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bu ölkədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Papuaşvili ilə “Orta Dəhliz”in inkişafına dair müzakirə aparıblar. Tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişinə nail olunmasının vacibliyini vurğulayıblar.