16 aprel 2024 16:33
236

Sosial şəbəkədə "Semka" ləqəbi ilə paylaşımlar edən şəxs həbs olunub

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.