16 aprel 2024 16:35
91

2-si terror təşkilatı üzvü olmaqla 4 nəfər sərhəddə saxlanıldı

Türkiyə Milli Müdafiə Nazirliyi qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 4 nəfərin tutulduğunu bildirib.

“İki sahil”in "Huriyyet"ə istinadla verdiyi xəbərə görə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub:

 "Sərhədlərimizdə terrorla mübarizəmiz davam edir. Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 4 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. Araşdırma nəticəsində müəyyən edilib ki, tutulan şəxslərdən biri PKK, digəri isə DHKP-C terror təşkilatının üzvüdür".