16 aprel 2024 23:46
223

Liviya neft hasilatına görə Afrikada birincidir

Afrikada neft hasilatında birinci yeri Liviya tutub. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü ilin aprel ayına dair aylıq neft bazarı hesabatında bu barədə açıqlama verib və ölkənin 2024-cü ilin mart ayında gündəlik 1,24 milyon barel neft hasilatı ilə Nigeriyanı geridə qoyduğunu bildirib.

“Mənbələrə görə, “OPEC”in ümumi xam neft hasilatı 2024-cü ilin mart ayında gündəlik orta hesabla 26,60 milyon barel təşkil edib. Xam neft hasilatı əsasən İran, Səudiyyə Ərəbistanı, Qabon və Küveytdə artıb, Nigeriya, İraq və Venesuelada isə hasilat azalıb”, - OPEC bildirib.

Nigeriyanın fevralda gündəlik hasilatı 1,32 milyon bareldən martda 1,23 milyon barelə qədər aşağı düşüb. Hasilatda 6,8% azalma ilə təxminən 91 min barel azaldığını bildirdikdən sonra Nigeriya Afrikadakı birinciliyini itirib. Neft hasil edən rayonda vandalizm və xam neftin oğurlanması halları da hasilatda azalmanın əsas səbəblərindən olub. Mütəxəssislər bunun biznes fəaliyyətinin aşağı düşməsinə və istehlak xərclərinin azalmasına, yüksək xərc inflyasiyasına və əvvəlki illə müqayisədə məşğulluq səviyyəsinin aşağı düşməsinə səbəb olduğunu bildiriblər.

Digər tərəfdən, Liviyanın istehsal artımı ölkənin daha geniş iqtisadi məqsədlərinə və əhəmiyyətli neft ehtiyatlarından istifadə etmək səylərinə uyğundur. Ölkənin Milli Neft Korporasiyası (MOK) tərəfindən hasilatın artırılması strategiyalarına 2024-cü ildə neft və qazın lisenziyalaşdırılması mərhələsinin keçirilməsi, 2023-cü ilin iyulunda “El Şərara” neft yatağında hasilatın bərpası, mövcud və potensial kəşfiyyat və hasilatçıların ölkəyə dəvət edilməsi daxildir.

Nubar Süleymanova, “İki sahil”