17 aprel 2024 00:07
211

Putinin Türkiyə səfərinin tarixi hələ müəyyən edilməyib

Rusiya Prezidenti Vladimir Putinin gözlənilən Türkiyə səfərinin tarixi hələ müəyyən edilməyib.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

O, bu məsələnin ən qısa zamanda dəqiqləşdiriləcəyinə inandığını, Putinlə tez-tez telefon danışıqları apardığını da vurğulayıb. (APA)