17 aprel 2024 00:58
240

Nyu-Yorkda İranın XİN rəhbərinə səyahət məhdudiyyətləri qoyulacaq

Amerika Birləşmiş Ştatları BMT tədbirlərində iştirak etmək üçün Nyu Yorka səfəri zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana əlavə səyahət məhdudiyyətləri tətbiq edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunub ki, İran nümayəndə heyətinin və nazirin özünün hərəkəti BMT-nin baş qərargahı, İranın dünya təşkilatındakı nümayəndəliyinin binası və İranın BMT-dəki daimi nümayəndəsinin iqamətgahı ətrafında bir neçə məhəllə ilə məhdudlaşacaq.

Bundan əlavə, İran nümayəndə heyətinə Lonq-Aylend-Siti ərazisindəki bir neçə məhəlləyə giriş və konkret marşrut üzrə Con Kennedi adına beynəlxalq hava limanına getmək imkanı təmin ediləcək.