17 aprel 2024 09:09
170

ABŞ institutu: Vaşinqton Ukraynanın effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır

ABŞ Ukrayna qüvvələrinin effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, buna əsas səbəb Vaşinqtonun Kiyevə yardımı ilə bağlı dava edən gecikmələrdir: “Bu, həmçinin Rusiyaya çevik hücum əməliyyatlara aparmağa kömək edir. Gələcəkdə Rusiya ciddi uğurlar əldə edə bilər”.

Hesabatda, həmçinin bildirilib ki, ABŞ-nin hərbi yardımında gecikmələr Ukraynanın texnika ehtiyatında da ciddi çatışmazlıq yaradıb: “Ukrayna məhdud hava hücumundan müdafiə sistemlərinə malikdir”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, ABŞ-nin dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək.