17 aprel 2024 13:27
159

​​​​​​​Bütün bölgələrdə lisey və gimnaziyaların sayının artırılmasını hədəfləyirik- Emin Əmrullayev

Bütün bölgələrdə lisey və gimnaziyaların sayının artırılmasını hədəfləyirik.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.

Nazir qeyd edib ki, bu tipli təhsil müəssisələri yalnız Bakı və Sumqayıtda deyil, ölkənin bütün bölgələrində olmalıdır:

"Gələcəkdə hər bir bölgədə ən azı 2-3 təmayüllü lisey fəaliyyət göstərməlidir".