17 aprel 2024 16:40
172

İsrail ordusu Livana zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Livana zərbələr endirib.

“İki sahil”  xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Bir saat ərzində Livan ərazisindən Ərəb əl-Aramşe kəndi istiqamətində bir neçə mərmi atılıb. Bundan sonra İsrail ordusu Livan ərazisinə zərbələr endirib.

İsrail ordusu həmçinin Livanın cənubundakı Aita əş-Şab bölgəsindəki Hizbullah hərbi kompleksinə zərbələr endirib.

İsrail daha əvvəl Livandan ölkənin şimalını atəşə tutmasına cavab olaraq zərbələr endirib.