18 aprel 2024 11:15
173

Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb

Türkiyədə Milli Kəşfiyyat İdarəsi və polis idarəsi yeni antiterror əməliyyatı keçirib.

"İki sahil” “Star”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror təşkilatı “DNKP-C”-nin (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) məsul şəxslərindən biri olan Fehmi Oral Meşe saxlanılıb.

Onun təşkilatın bir sıra silahlı aktlarında iştirak etdiyi bildirilir.

Qeyd edək ki, F.O.Meşe uzun müddətdir axtarılırdı. Onun haqqında saxlanılma qərarı qəbul edilib.