19 aprel 2024 09:52
155

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Keçirilən tədbirlərlə aprelin 18-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbaraatan, 7 qumbara, 6 alışdırıcı, 26 patron darağı, 8 mərmi, 740 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.